Alimlər insanlarda xəstəlik yaradan yeni gənə virusu tapdılar

Alimlər insanlarda xəstəlik yaradan yeni gənə virusu tapdılar Dünya

Çində əvvəllər elmə məlum olmayan gənə mənşəli virus aşkarlanıb.

News24.az xəbər verir ki, bu barədə ScienceDaily məlumat yayıb.

ALTNV adlandırılan virus qızdırma, yorğunluq, həzm sistemi problemləri və trombositlərin azalması kimi simptomlarla əlaqələndirilib.

Tədqiq edilən xəstələrin əksəriyyətinin sağaldığı bildirilir. Bununla belə, alimlər yeni virusun yayılma coğrafiyasını, hansı gənə növləri ilə ötürüldüyünü və insanlar üçün ümumi risk səviyyəsini müəyyən etmək üçün əlavə araşdırmaların lazım olduğunu vurğulayırlar.