Alimlərə yadplanetlilərə cavab vermək qadağan edildi
Dünya
Beynəlxalq Astronavtika Akademiyası (IAA) yerdənkənar sivilizasiyaların axtarışı üzrə SETI proqramının protokollarını yeniləyib.
News24.az xəbər verir ki, sənəd qurumun rəsmi portalında dərc olunub.
Sənədə əsasən, tədqiqatçılara BMT-nin nəzarəti altında məsləhətləşmələr aparmadan yadplanetlilərlə əlaqə qurmaq qadağan edilir.
Bildirilib ki, texnosiqnalların həqiqiliyi saxtakarlıq ehtimalını istisna etmək üçün bir neçə rəsədxana tərəfindən eyni vaxtda yoxlanılmalıdır.
Təşkilat izah edib ki, yeni tövsiyələr dipfeyklərin, avtomatlaşdırılmış dezinformasiyanın və mümkün yadplanetli texnologiyaları ilə bağlı təsdiqlənməmiş səs-küylü iddiaların yayılması kimi müasir çağırışları nəzərə alır.
O da qeyd olunub ki, əgər yerdənkənar sivilizasiyadan gələn siqnalların həqiqiliyi təsdiqlənərsə, astronomlar bu barədə dərhal və açıq şəkildə dünya ictimaiyyətini məlumatlandırmalıdırlar.
Xatırladaq ki, SETI protokolu ilk dəfə 1989-cu ildə hazırlanıb. O, beynəlxalq elmi ictimaiyyət tərəfindən qəbul olunub və sonrakı illərdə dəfələrlə yenilənib.
Xüsusilə, 2010-cu ildə protokola mühüm dəyişikliklər edilib.