"Allah bizi cəzalandırdı" – iranlı deputatdan sensasion açıqlama
Dünya
“İranda baş verən quraqlığın səbəbkarı Prezident Məsud Pezeşkiandır”.
News24.az xəbər verir ki, belə bir ittihamla İran parlamentinin deputatı Kamran Qəzənfəri çıxış edib.
Onun sözlərinə görə, prezidentin hicab qanunlarına qarşı çıxması ölkədə günah və pozğunluğun yayılmasına səbəb olub və buna görə də Allah İrana cəza verib.
Qeyd edək ki, hazırda İran güclü quraqlıqla üzləşib və Prezident Məsud Pezeşkian vəziyyətin belə davam edəcəyi təqdirdə Tehranın boşaldılmasının labüd olacağını vurğulayıb.