Almaniya bu ölkələri Rusiyaya qarşı birliyə çağırdı
Dünya
Almaniyanın xarici işlər naziri Yohan Vadeful ABŞ və Avropa ölkələrini Rusiyaya qarşı vahid mövqe nümayiş etdirməyə çağırıb.
News24.az xəbər verir ki, nazir Ukraynadakı münaqişənin həllində Avropanın əsas rol oynamalı olduğunu bildirib.
Onun sözlərinə görə, Ukraynanın gələcəyi Ukraynasız, Avropanın təhlükəsizliyi isə Avropasız müəyyən edilə bilməz.
Vadeful həmçinin vurğulayıb ki, ABŞ və Avropa Rusiyaya qarşı birgə və əlaqələndirilmiş mövqe sərgiləməlidir.
Qeyd edək ki, Polşanın xarici işlər naziri Radoslav Sikorski də müttəfiqlərini Şərqi Avropa ölkələrinin iştirakı olmadan Rusiya ilə danışıqlar aparmamağa çağırıb.