Almaniya İran səfirini XİN-ə çağırdı

Almaniya İran səfirini XİN-ə çağırdı Dünya

Almaniya İranın Berlindəki səfiri Məcid Nili Əhmədabadini Xarici İşlər Nazirliyinə çağırıb.

News24.az xəbər verir ki, Almaniya XİN-in “X” sosial şəbəkəsində yaydığı açıqlamada yəhudilərə və onları müdafiə edən şəxslərə qarşı hücumların ölkədə qəbuledilməz olduğu bildirilib.

Bəyanatda Almaniyadakı Yəhudilərin Mərkəzi Şurasının sədri Yozef Şuster və Almaniya-İsrail Assosiasiyasının sədri Volker Bekə qarşı hücum cəhdləri pislənilib. Qeyd olunub ki, bu cəhdlər hüquqi nəticələrə səbəb olacaq.

Almaniya tərəfi İranın hərəkətlərini qətiyyətlə pislədiyini və ölkənin liberal cəmiyyətinə qarşı təhdidlərə yol verməyəcəyini vurğulayıb.

Bəyanatda, həmçinin İranın İnqilab Keşikçiləri Korpusunun Avropa İttifaqının terror təşkilatları siyahısına daxil edilməsi istiqamətində beynəlxalq səylərin nəticə verdiyi bildirilib.