Almaniya millisi uduzdu, baş məşqçi qovuldu

Almaniya millisi uduzdu, baş məşqçi qovuldu Dünya

Yulian Nagelsman Almaniya millisinin baş məşqçisi postunu rəsmən tərk edib.

News24.az xəbər verir ki, bu barədə jurnalist Fabritsio Romano “Bild” nəşrinə istinadən məlumat yayıb.

Qərarın səbəbi Almaniya yığmasının dünya çempionatını erkən tərk etməsi olub.

Komanda 1/16 finalda Paraqvaya məğlub olaraq mübarizəni dayandırıb.

Qeyd edək ki, Nagelsman 2023-cü ildən Almaniya millisini çalışdırırıb.

Onun Almaniya Futbol İttifaqı ilə müqaviləsi 2028-ci ilədək qüvvədə olub.

Müqaviləyə xitam verildiyi üçün məşqçiyə 7 milyon avro təzminat ödəniləcək.

Məlumat üçün bildirək ki, Dünya çempionatı iyunun 11-də ABŞ, Meksika və Kanadada start götürüb və iyulun 19-dək davam edəcək.

Hazırkı dünya çempionu Argentinadır.