Almaniya Suriyalıları deportasiya edəcək
Dünya
Almaniya kansleri Fridrix Merz bəyan edib ki, Suriyada müharibə başa çatıb və ölkədə cinayət törətmiş, eləcə də qanunsuz yaşayan suriyalılar deportasiya ediləcək.
News24.az xəbər verir ki, o, mətbuat konfransında Suriyanın sabitləşmə mərhələsinə qədəm qoyduğunu və yenidən qurulması üçün suriyalılara ehtiyac olduğunu deyib.
Merzin sözlərinə görə, yaxın zamanda bir çox suriyalının könüllü şəkildə vətənə qayıdacağı gözlənilir. O, əlavə edib ki, cinayət törətmiş və hüquqi statusu olmayan şəxslərin deportasiyası üçün yeni mexanizmlər hazırlanır.