Almaniyada hərbi xidmətdən imtina edənlərin sayı 12 mini keçdi

Almaniyada hərbi xidmətdən imtina edənlərin sayı 12 mini keçdi Dünya

Almaniyada hərbi xidmətdən imtina edənlərin sayı 12 mini keçib.

News24.az xəbər verir ki, “Berliner Morgenpost”un məlumatına görə, bu il Bundesverdə xidmətdən imtina ilə bağlı 12 102 müraciət daxil olub.

Bu göstərici 2025-ci ildə qeydə alınan 3 879 müraciətdən üç dəfə çoxdur. Təkcə bu ilin ilk yarısında 5 862 müraciət daxil olub.

Qeyd edək ki, Almaniyada hərbi qeydiyyat sistemi yenidən tətbiq olunur. Bu çərçivədə 18 yaşlı gənclərin hərbi xidmətə yararlılığının müəyyənləşdirilməsi üçün tibbi müayinədən keçirilməsi nəzərdə tutulur.

Almaniya Müdafiə Nazirliyinin məlumatına görə, avqustun sonunadək gənclərin qeydiyyatı üçün 451 mindən çox forma göndərilib.