Almaniyada minlərlə insan istidən öldü

Almaniyada minlərlə insan istidən öldü Dünya

Almaniyada iyun ayında müşahidə olunan həddindən artıq isti hava dalğası minlərlə insanın ölümünə səbəb olub.

News24.az xəbər verir ki, ölkənin aparıcı ictimai səhiyyə qurumu olan Robert Kox İnstitutunun (RKI) məlumatına görə, bu dövrdə isti ilə əlaqədar ölənlərin sayı 5120 nəfərə çatıb.

Bildirilir ki, ölüm hallarının əksəriyyəti isti vurması və yüksək temperaturun mövcud sağlamlıq problemlərini ağırlaşdırması ilə bağlı olub.

Məlumata görə, isti hava dalğasından ən çox 85 yaş və yuxarı şəxslər zərər çəkib. Bu yaş qrupunda 2950 nəfər həyatını itirib. Ölənlər arasında 75-84 yaş qrupundan 1320, 65-74 yaş qrupundan 550, 65 yaşdan aşağı olanlar arasında isə 300 nəfər var.

RKI-nin statistikasına əsasən, 85 yaşdan yuxarı ölənlərin 1780-i qadın, 1170-i isə kişi olub.