Almaniyada qadın 15 yaşlı qıza cinsi zorakılıq etdi

Almaniyada qadın 15 yaşlı qıza cinsi zorakılıq etdi Dünya

Almaniyada məhkəmə keçmiş qadın polis əməkdaşını yetkinlik yaşına çatmayan qızı əxlaqsız hərəkətlərə sövq etmək və zorlama ittihamları üzrə 3 il müddətinə azadlıqdan məhrum edib.

News24.az xəbər verir ki, bu barədə BR24 məlumat yayıb.

Nəşrin məlumatına görə, hadisə 2025-ci ilin avqustunda İrşenberqdəki fast-food restoranında baş verib.

Daha əvvəl federal polisdə çalışmış 55 yaşlı qadın tanışının 15 yaşlı qızı ilə yazışıb. Təqsirləndirilən şəxs yeniyetməyə əxlaqsız məzmunlu mesajlar göndərib, daha sonra qızı kafeyə dəvət edərək tualet kabinəsində ona qarşı cinsi zorakılıq törədib.

Məhkəmə qarşısında təqsirləndirilən şəxs günahını tam etiraf edib. Məhkəmə zorlama ilə yanaşı, bədən xəsarətləri yetirmə və uşaq pornoqrafiyası materiallarını saxlama ittihamları üzrə də onu təqsirli bilib.

İstintaq zamanı tərəflər barışıq sazişi imzalayıblar. Buna görə də məhkəmə təqsirləndirilən şəxsə daha yüngül cəza verib. Zərərçəkmiş qız isə təqsirləndirilən şəxsdən 11 min avro təzminat alacaq.