Almaniyada qocalar evinə hücum: ölən və yaralananlar var
Dünya
Almaniyada qocalar evinə bıçaqlı hücum olub.
News24.az xəbər verir ki, hücum nəticəsində 86 yaşlı qadın həyatını itirib. 81 və 83 yaşlı daha iki qadın isə ağır yaralanıb.
Hücumu törətməkdə şübhəli bilinən 72 yaşlı şəxs saxlanılıb. Hadisə ilə bağlı araşdırmalara başlanılıb.