Almaniyada üç nəfər müşahidə qülləsindən yıxılaraq öldü
Dünya
Almaniyanın Torfhaus kurort yaşayış məntəqəsində, Harz dağlarında üç nəfər müşahidə qülləsindən yıxılaraq ölüb.
News24.az xəbər verir ki, bu barədə "Bild" qəzeti xilasetmə xidmətinə istinadən xəbər verib.
Cümə axşamı Aşağı Saksoniyanın Altenau şəhəri yaxınlığında qeydə alınan bədbəxt hadisənin səbəbi hələ məlum deyil.
Polis və xilasedicilər hazırda hadisə yerində genişmiqyaslı əməliyyat aparırlar. Ərazi mühasirəyə alınıb. Hadisə yerinə həmçinin Qoslar rayonunun böhran vəziyyətlərində reaksiya qüvvələri göndərilib.
Qeyd edək ki, 65 metrlik qüllə bölgədə dağ mənzərələrinin müşahidə etməyə imkan verən məşhur turistik məkandır. (Report)