Almaniyadan müharibə xəbərdarlığı: Hazır olmalıyıq!

Almaniyadan müharibə xəbərdarlığı: Hazır olmalıyıq! Dünya

Almaniyanın quru qoşunlarının komandanı general- leytenant Kristian Freydinqin sözlərinə görə, Almaniya 2029-cu ilə qədər Rusiya ilə mümkün münaqişəyə hazırlaşmalıdır.

News24.az xəbər verir ki, bu barədə "Politico" qəzeti yazıb.

"Biz döyüşə hazır olmalıyıq. 2029-cu il Almaniya üçün son tarix deyil. Bu, NATO ilə razılaşdırılmış kəşfiyyat məlumatlarıdır ", - deyə o paylaşıb.

Alman hərbi rəsmisi qeyd edib ki, Berlin Rusiya ilə mümkün qarşıdurmaya qoşunlarının hazırlanması prosesini sürətləndirməlidir. Freydinq vurğulayıb ki, döyüş bu axşam başlasa belə, alman ordusu istənilən ssenariyə hazır olmaq üçün öz imkanlarını artırmalıdır.