Almaniyanın məşhur hava limanı müvəqqəti bağlandı
Dünya
Almaniyanın Nürnberq hava limanı fövqəladə vəziyyət səbəbindən müvəqqəti olaraq uçuşlara bağlanıb.
News24.az xəbər verir ki, bu barədə yerli media məlumat yayıb.
Yunanıstanın Korfu adasından gələn təyyarə “Eurofighter” qırıcılarının müşayiəti ilə hava limanına təhlükəsiz eniş edib.
Hava limanında geniş təhlükəsizlik tədbirləri görülüb. Hadisənin səbəbi və təyyarənin müşayiət edilməsinin təfərrüatları hələ açıqlanmayıb.
Bundan əlavə, gecə saatlarında hava limanı yaxınlığında dronun görünməsi ilə bağlı şübhələr yaranıb. Polisin məlumatına görə, saat 02:00-04:00 arasında üç pilot naməlum obyekt görüblər.
Obyektin tapılması üçün polis helikopterinin də iştirak etdiyi axtarış əməliyyatı keçirilsə də, nəticə əldə olunmayıb.