Alt paltarında bahalı əşyalar keçirmək istədi, saxlanıldı
Dünya
Rusiya hava limanında əcnəbi vətəndaş alt paltarında qiymətli daş keçirmək istəyib.
News24.az xəbər verir ki, bu barədə Rusiya Federal Gömrük Xidməti (FCS) məlumat verib.
Domodedovo gömrük məntəqəsinin əməkdaşları yaşıl dəhlizdə Özbəkistandan olan 54 yaşlı sərnişini saxlayıblar. Onun çemodanından 32 qiymətli daş tapılıb. Həmçinin onun şalvarının ciblərindən müxtəlif rəngli və ölçülü 313 bahalı mineral da aşkarlanıb.