Altı qızı olan qadın oğlan uşağını oğurladı

Altı qızı olan qadın oğlan uşağını oğurladı Dünya

Hindistanda altı qızı olan qadın daha övlad dünyaya gətirə bilmədiyi üçün xəstəxanada 3 yaşlı oğlan uşağını oğurlayıb.

News24.az xəbər verir ki, uşağı götürüb qaçan qadın paytaxtdan 1000 kilometr uzaqlıqda tapılıb.

Məlumata görə, avqustun 27-də anası azyaşlı oğlanı özü ilə dərman almaq üçün xəstəxanaya gətirib. Uşaq onun yanında oynadığı zaman qəfildən yoxa çıxıb.

Polis təhlükəsizlik kameralarının görüntülərini araşdırarkən uşağın bir qadın tərəfindən oğurlandığını müəyyən edib.

Şübhəli qadının 31 yaşlı Çunari Devi olduğu bəlli olub. Dindirmə zamanı o, səhhətindəki problemlər üzündən bir daha övlad sahibi ola bilməyəcəyini və oğul övladına sahib olmaq üçün uşağı oğurladığını etiraf edib.

Polislər azyaşlınə taparaq Dehliyə ailəsinin yanına qaytarıblar. Polis araşdırmanı davam etdirir.