Ana ekiz uşaqlarını boğub öldürdü

Ana ekiz uşaqlarını boğub öldürdü Dünya

ABŞ-nin Aydaho ştatında 23 yaşlı Andrea Şou 18 aylıq əkiz övladlarını boğaraq öldürməkdə ittiham olunub.

News24.az xəbər verir ki, bu barədə “Associated Press” məlumat yayıb.

İstintaqın məlumatına görə, qadın ötən il internet proqramında uşaqlarının peyvənddən sonra öldüyünü iddia edib.

Lakin hakimlər onun əkizlərini qəsdən boğduğuna dair ittiham irəli sürüb və ona qarşı birinci dərəcəli qətl maddəsi ilə cinayət işi açılıb. Andrea Şou iyulun əvvəlində saxlanılıb. Məhkəmə onun barəsində 2 milyon dollar məbləğində girov təyin edib.

Təqsiri sübuta yetirilərsə, onu ömürlük həbs və ya ölüm cəzası gözləyir. Qadının vəkili isə müvəkkilinin bütün ittihamları rədd etdiyini və prokurorluğun irəli sürdüyü ittihamları sübut edə bilməyəcəyini bildirib.

Mütəxəssislər isə vurğulayıblar ki, uşaqlara vurulan hepatit A, qrip, göyöskürək, difteriya və tetanosa qarşı peyvəndlər təhlükəsiz və effektiv hesab olunur, onların istifadəsi tibbi qurumlar tərəfindən tövsiyə edilir.