Anasını mətbəx bıçağı ilə öldürmüşdü - Ömürlük həbs olundu
Dünya
ABŞ-nin keçmiş televiziya aparıcısı Angelin Mok 80 yaşlı anası Anita Aversinin qətlində təqsirli bilinərək ömürlük həbs cəzasına məhkum edilib.
News24.az xəbər verir ki, Kanzas ştatının Sedgvik dairəsindəki məhkəmənin qərarı ilə Mok amnistiyaya düşmək imkanından məhrum olunmaqla 25 il müddətin buraxılmadan məhrum olmaqla ömürlük həbs cəzası alıb.
Qərar qadının avqust ayında təqsirli bilinməsindən sonra çıxarılıb. İstintaqın məlumatına əsasən, Aversin 2025-ci ilin payızında Halloween şənliyindən sonra evində bıçaq xəsarətləri ilə ölü tapılıb. Hadisədən qısa müddət sonra onun qızı saxlanılıb.
Mock ilkin ifadəsində anasının mətbəx bıçağını götürərək ona hücum etdiyini və özünü müdafiə etdiyini iddia edib. Daha sonra isə ittihamlardan biri üzrə təqsirini etiraf edib.