Ankarada 50 milyard dollarlıq sazişlər imzalandı
Dünya
NATO-nun Ankarada keçirilən sammiti çərçivəsində təşkil olunan müdafiə sənayesi forumunda ümumi dəyəri azı 50 milyard ABŞ dolları olan sazişlər imzalanıb.
News24.az xəbər verir ki, bu barədə “Euractiv” nəşri alyans nümayəndəsinə istinadən məlumat yayıb.
Məlumata görə, müqavilələrin əsas hissəsi hava hücumundan müdafiə (HHM) sistemlərinin, pilotsuz uçuş aparatlarının alınmasına, eləcə də döyüş texnikası və silah istehsalı sahəsində birgə layihələrə yönəlib.
Bundan başqa, NATO-nun Baş katibi Mark Rütte bildirib ki, alyansın 20 üzvü “Drone Edge” təşəbbüsünə qoşulub.
Bu proqram çərçivəsində yaxın beş il ərzində pilotsuz uçuş aparatlarının istehsalına və onlara qarşı mübarizə vasitələrinin hazırlanmasına 40 milyard ABŞ dolları ayrılması nəzərdə tutulur.