Antalyada azərbaycanlının meyiti tapıldı

Antalyada azərbaycanlının meyiti tapıldı Dünya

Türkiyədə azərbaycanlı kişinin meyiti tapılıb.

Hadisə Antalyanın Fikine qəsəbəsindəki binalardan birində qeydə alınıb.

Binanın birinci mərtəbəsindən kəskin qoxu hiss edən sakinlər polisə məlumat veriblər. Hadisə yerinə gələn polis və xilasedicilər qapını qıraraq, içəri daxil olublar. Mənzildən 49 yaşlı azərbaycanlı Zaqor Masirov ölü halda aşkarlanıb. Onun nədən öldüyü isə bilinmir.

Araşdırma aparılır. (Lent.az)