Antalyaya uçan təyyarənin mühərrikində nasazlıq yarandı
Dünya
Rusiyandan Türkiyəyə uçan təyyarə məcburi eniş edib.
News24.az xəbər verir ki, “Corendon Airlines” aviaşirkətinə məxsus “Boeing 737 MAX 8” Ufadan Antalyaya uçmaq üçün havaya qalxıb.
Təyyarə Türkiyə hava məkanında olarkən ekipaj sağ mühərrikin sıradan çıxdığını dispetçerlərə bildirib və Kayseri şəhəridəki hava limanına təcili eniş etmək qərarına gəlib.
Təyyarənin göyərtəsində 160 nəfər olub. Hadisə nəticəsində xəsarət alan olmayıb.
Hazırda təyyarənin uçuşu müvəqqəti dayandırılıb.
Turistlərin Antalyaya ehtiyat təyyarə ilə göndəriləcəyi bildirilib.