"Apple"-da böyük dəyişiklik - Direktor vəzifədən getdi

"Apple"-da böyük dəyişiklik - Direktor vəzifədən getdi Dünya

“Apple” şirkətinin baş direktoru Tim Kuk 15 illik rəhbərlikdən sonra vəzifəsini tərk edib.

News24.az xəbər verir ki, bu barədə “Fox Business” məlumat yayıb.

Kukun rəhbərliyi dövründə şirkət ekosistemini əhəmiyyətli dərəcədə genişləndirib və bazar dəyəri 1 trilyon dollara çatan ilk ABŞ ictimai şirkəti olub. Sonrakı illərdə “Apple”ın bazar kapitallaşması 4 trilyon dollara yaxınlaşıb.

Tim Kuk baş direktor vəzifəsindən getsə də, şirkətdə fəaliyyətini davam etdirəcək.

O, “Apple”ın Direktorlar Şurasının icraçı sədri vəzifəsini tutacaq.

Kukun yerinə şirkətin aparat təminatı üzrə keçmiş baş vitse-prezidenti Con Ternus təyin olunub.

O, sentyabrın 1-dən “Apple”ın yeni baş direktoru kimi fəaliyyətə başlayıb.

Kuk 2011-ci ildə “Apple”ın baş direktoru olmuşdu və Stiv Cobsdan sonra şirkətə rəhbərlik etmişdi.