Ağır qəzada bir ailənin 3 uşağı öldü – Bu ölkədə
Dünya
Türkiyənin Karaman şəhərində avtomobil aşıb, 3 azyaşlı həyatını itirib, 4 nəfər yaralanıb.
News24.az xəbər verir ki, avtomobildə olan sərnişinlər və sürücü bir ailənin üzvü olub. Onlar tarladan qayıdarkən qəzaya düşüblər.
Qəza nəticəsində ailənin 12, 5 və 4 yaşlı uşaqları həlak olub. Daha iki uşaq və ata ilə ana isə yaralanıb. Yaralılar xəstəxanaya çatdırılıb.