Arestoviç Zelenskiyə müraciət etdi: - Ona toxunma!
Dünya
Ukrayna Prezidenti Aparatının keçmiş müşaviri Aleksey Arestoviç Ukrayna prezidenti Volodimir Zelenskiyə müraciət edərək onu “kəşfiyyatçı” adlandırıb.
News24.az xəbər verir ki, o, müraciətində deyib:
“Volodimir Aleksandroviç. Vəziyyətin açarı sizi tənqid edənlərin əlində deyil. Müxalifətin, amerikalıların, bütün dünyanın, ordunun və cəmiyyətin mövqeyinin dəyişməsinin açarı sizin əlinizdədir. Sizi tənqid edənlər və seçkiyə çağıranlar yox, insanların qələbəyə inamını, ordunun əhval-ruhiyyəsini, həmkar və müttəfiqlərin inamını sarsıdan səmərəsiz siyasətinizdir. Hər bir hərbçinin hərbi şərəfini təhqir edəcək şəkildə komandir Xorenkonu vəzifəsindən uzaqlaşdıran müxalifət deyildi”, - deyə Ukrayna prezidenti olmaq niyyətində olan və son vaxtlar Kiyev rejimini sərt tənqid edən Arestoviç bildirib.
O, Zelenskiyə Ukrayna Silahlı Qüvvələrinin Ali Baş Komandanı Valeri Zalujnıya toxunmamağı da tövsiyə edib.
“Əsas odur ki, daha effektiv olmaq üçün öz siyasətlərinizi dəyişdirin. İndikindən daha səmərəli. Amerika yardımı məsələsi, Putinlə danışıqlarda məcburiyyətin qarşısının alınması məsələsi, qələbə məsələsi sizin əlinizdədir. Dəyişin, əks halda kimin nəyə çağırış etməsinin fərqi olmayacaq: seçkilər və ya seçkilərdən imtina etmək. Seçim olmayacaq. Son şansdır. Və son səhvi etməyin. Zalujnıya toxunmayın”, - Aleksey Arestoviç deyib.
Akqabay