Argentina Folklend adaları ilə bağlı xəbərdarlıq etdi
Dünya
Argentina Böyük Britaniyaya Folklend adaları yaxınlığında neft-qaz hasilatı ilə bağlı xəbərdarlıq edib.
News24.az xarici mediaya istinadən xəbər verir ki, Buenos-Ayres Londonun 14 gün ərzində müvafiq tədbirlər görmədiyi halda Beynəlxalq Dəniz Hüququ Tribunalına müraciət edəcəyini açıqlayıb.
Argentina Prezidentinin mətbuat xidmətinin məlumatına görə, hökumət artıq Böyük Britaniyaya rəsmi müraciət göndərib.
Buenos-Ayres tribunalın kontinental şelf üzərində Argentinanın suveren hüquqlarının qorunması üçün zəruri tədbirlər görməsini tələb etmək niyyətindədir.
Argentina tərəfi bildirib ki, suveren hüquqlarının müdafiəsi istiqamətində diplomatik, inzibati və hüquqi mexanizmlərdən istifadə etməyə davam edəcək.
Qeyd edək ki, avqustun 29-da “Telegraph” qəzeti ABŞ-ın yüksək vəzifəli rəsmisinə istinadən yazıb ki, Vaşinqton London müdafiə xərclərini artırmadığı təqdirdə Böyük Britaniyanı Malvin (Folklend) adaları ilə bağlı mövqeyini yenidən nəzərdən keçirməyə məcbur edə biləcək addımlar ata bilər.