Argentinaya qalib gələn Səudiyyə Ərəbistanı həmin günü bayram elan etdi

Argentinaya qalib gələn Səudiyyə Ərəbistanı həmin günü bayram elan etdi Dünya
Qətərdə keçirilən 2022 Dünya Çempionatında Argentinaya 2:1 hesabı ilə qalib gələn Səudiyyə Ərəbistanı ölkədə rəsmi tətil elan edib.

News24.az xəbər verir ki, bütün özəl və dövlət müəssisələrində qələbə bayram günü kimi qeyd olunub. 

Qeyd edək ki, Argentina ilə qarşılaşan Səudiyyə Ərəbistanı 48-ci dəqiqədə Əl Şehri və 53-cü dəqiqədə Əl Davsarinin qol vurması ilə Argentinanı 2-1 məğlub edib.

Qumral Əliyeva