Arvadını öldürüb 3 uşağı yaraladı - Türkiyədə dəhşət

Arvadını öldürüb 3 uşağı yaraladı - Türkiyədə dəhşət Dünya

Türkiyənin Qaziantep şəhərində 32 yaşlı Harun Keklikçi mübahisə etdiyi həyat yoldaşı, 27 yaşlı Merve Keklikçini ov tüfəngi ilə öldürüb.

News24.az xəbər verir ki, daha sonra evdən çıxaraq küçədə təsadüfi atəş açan şəxs 3-ü uşaq olmaqla 4 nəfəri yaralayıb.

Yaralılar xəstəxanaya yerləşdirilib və onların vəziyyətinin ağır olmadığı bildirilib.

Polis tərəfindən saxlanılan Harun Keklikçi ilə bağlı araşdırma davam edir.