Arvadının xəyanətini görüb dəhşətli qətl törətdi

Arvadının xəyanətini görüb dəhşətli qətl törətdi Dünya

ABŞ-də xəyanətlə üzləşən kişi dəhşətli cinayət törədib.

News24.az xəbər verir ki, hadisə oktyabrın 24-də Kaliforniya ştatının Anahaym şəhərində qeydə alınıb.

34 yaşlı İsmayel Pinedalopes işdən evə tez qayıdarkən həyat yoldaşını 28 yaşlı Nikolas Qarsiya ilə yataq otağında görüb. Qarsiyanın yalnız alt paltarında olduğu, ər-arvadın 2 yaşlı qızı və 4 yaşlı oğlunun da həmin vaxt eyni yataqda olduğu bildirilir.

İddialara görə, gördüklərindən qəzəblənən Pinedalopes üzərində gəzdirdiyi cib bıçağı ilə Qarsiyaya dəfələrlə zərbə endirib. Ağır bıçaq xəsarətləri alan 28 yaşlı kişi hadisə yerində həyatını itirib.

Hadisə yerinə gələn polis əməkdaşları Pinedalopesi qan içində aşkarlayıblar. Onun həyat yoldaşı və uşaqları hadisə zamanı fiziki xəsarət almayıblar.

Hadisədən sonra 34 yaşlı kişi qətldə və cinayət zamanı silahdan istifadə etməkdə ittiham olunub. Bütün ittihamlar üzrə təqsirli bilinərsə, onu 26 ildən ömürlük həbsə qədər cəza gözləyir.

Pinedalopesin oktyabrın 27-də məhkəmə qarşısına çıxarılacağı gözlənilir./Lent.az/