Astronomlar “feniks” planetini kəşf etdilər

Astronomlar “feniks” planetini kəşf etdilər Dünya

Astronomlar Yerdən 270 işıq ili uzaqlıqda yerləşən Cetus (Balina) bürcündə qeyri-adi ekzoplanet aşkar ediblər.

News24.az xəbər verir ki, Uorvik Universitetinin məlumatına görə, HS 0209+0832 ağ cırtdan sistemində yerləşən bu obyekt “ikinci nəsil ekzoplanet” hesab olunur.

Alimlərin bildirdiyinə görə, planet başqa bir ulduz sistemində formalaşmayıb və ulduzun məhvindən sağ qalmayıb. Əksinə, onun ulduzun ölüm mərhələsində kosmosa atdığı maddədən yarandığı ehtimal edilir.

Məhz bu xüsusiyyətinə görə alimlər bu planeti “Feniks”, " - ulduzun ölümündən sonra qalıqlarından yaranan, yəni "küllərindən doğulan adlandırıblar.