İki yeni planet kəşf olundu

İki yeni planet kəşf olundu Dünya

Astronomlar Yupiter ölçüsündə, lakin sıxlığı çox az olan iki nəhəng ekzoplanet aşkar ediblər.

News24.az xəbər verir ki, təxminən 1110 işıq ili uzaqlıqda yerləşən planetlər ölçülərinə görə indiyədək müşahidə edilən ən yüngül planetlər hesab olunur.

Tədqiqatçılar bildirirlər ki, bu qeyri-adi səma cisimləri əsasən hidrogen və heliumdan ibarətdir. Alimlər onların tərkibini daha dəqiq müəyyənləşdirmək üçün əlavə müşahidələr aparmağı planlaşdırırlar./AP News/