Ata 3 aylıq oğlunu video oyun oynamağa mane olduğu üçün öldürdü
Dünya
Ağlayıb video oyun oynamağa mane olan 3 aylıq oğlunu öldürdü
ABŞ-nin Havay ştatında 20 yaşlı Coşua Paiva üç aylıq oğlunu öldürməkdə ittiham olunur.
News24.az xəbər verir ki, bu barədə “Law & Crime” nəşri məlumat yayıb.
İstintaqın məlumatına görə, körpənin ağlaması atasının “Overwatch” video oyununu oynamasına mane olub və bu, onun qəzəblənməsinə səbəb olub.
Bildirilib ki, Paiva əvvəlcə körpənin yerləşdirildiyi oturacağı güclə yelləyib. Daha sonra uşağı oturacaqdan çıxararaq yumşaq mebelin üzərinə qoyub və bütün ağırlığı ilə onun üzərinə çöküb.
Körpə xəstəxanaya çatdırılsa da, həkimlər onun həyatını xilas edə bilməyiblər. Məhkəmə-tibbi ekspertizasının nəticəsinə əsasən, uşaq baş nahiyəsindən aldığı xəsarətlərdən dünyasını dəyişib.
Paiva əvvəlcə oğlunun süd içərkən boğulduğunu iddia etsə də, sonradan müstəntiqlərə hadisənin əslində necə baş verdiyini etiraf edib.