Atlantik okeanında 6,7 maqnitudalı zəlzələ oldu
Dünya
Atlantik okeanında, Askension adası yaxınlığında 6,7 maqnitudalı zəlzələ qeydə alınıb.
News24.az xəbər verir ki, ABŞ Geoloji Xidmətinin məlumatına görə, yeraltı təkanlar oktyabrın 13-də Orta Atlantik silsiləsində, 10 kilometr dərinlikdə baş verib.
Zəlzələnin episentri ən yaxın yaşayış məntəqələrindən xeyli uzaqda yerləşib.
ABŞ Geoloji Xidməti tələfat və dağıntı ehtimalını aşağı qiymətləndirib. Sunami təhlükəsinin olmadığı bildirilib.