Avropada işsizlərin sayı açıqlandı
Dünya
Avropa Birliyinin statistika qurumunun məlumatına görə, Avrozonada işsizlik aprel ayında mart ayı ilə eyni 6,3% səviyyəsində qalıb.
News24.az xəbər verir ki, agentliyin məlumatına görə, Avropa Birliyində işsizlik səviyyəsi də 6%-də qalıb.
"Eurostat" aprel ayında 27 üzv dövlətdə təxminən 13,238 milyon işsizin olduğunu, bunun 11,075 milyonunun Avrozonada olduğunu açıqlayıb. 2025-ci ilin eyni dövrü ilə müqayisədə Aİ- də işsizlik səviyyəsi 137 min, Avrozonada isə 84 min nəfər azalıb.
Ən yüksək işsizlik səviyyəsi Finlandiyada (10,6%), İspaniyada (10,3%) və Yunanıstanda (9,5%), ən aşağı isə Bolqarıstanda (2,8%), Polşada (3,0%) və Çexiyada (3,1%) qeydə alınıb.