Avropada istilər səbəbindən su ehtiyatları AZALIR
Dünya
Avropada davam edən güclü istilər quraqlığı dərinləşdirərək su ehtiyatlarının sürətlə azalmasına səbəb olur.
News24.az-ın məlumatına görə, beynəlxalq alimlərin hazırladığı hesabatda bildirilir ki, iqlim dəyişikliyi nəticəsində artan istilər torpağın daha tez qurumasına, çaylarda suyun səviyyəsinin enməsinə, kənd təsərrüfatına və enerji istehsalına ciddi təsir göstərir.
Mütəxəssislər xəbərdarlıq edirlər ki, istixana qazı emissiyaları azaldılmasa, Avropada bu cür isti və quraq yaylar daha tez-tez müşahidə olunacaq.