Avropada ölümcül virusun yayılma riski artır
Dünya
Avropada ölümcül infeksiyalara səbəb ola bilən “Vibrio vulnifikus” bakteriyasının yayılma riski artır.
News24.az xəbər verir ki, bu barədə “Metro” nəşri məlumat yayıb.
Məlumata görə, Avropa Xəstəliklərin Qarşısının Alınması və Nəzarəti Mərkəzi bu bakteriyaya yoluxma riskinin yüksəldiyi barədə xəbərdarlıq edib.
"Ətyeyən bakteriya" kimi tanınan “Vibrio vulnifikus” toxumaların məhvinə səbəb olan “nekrotik fassiit” xəstəliyini törədə bilər.
Ağır hallarda xəstənin həyatını xilas etmək üçün ətrafın amputasiyası tələb oluna bilər.
Bakteriya qana keçərsə, qan zəhərlənməsi (sepsis) inkişaf etdirə bilər.
Mütəxəssislərin sözlərinə görə, bakteriya əsasən isti və duzluluğu aşağı olan çay mənsəbləri daha təhlükəlidir.