Avropada rekord istilər: Ölənlər var

Avropada rekord istilər: Ölənlər var Dünya

Avropada müşahidə olunan güclü isti hava dalğası bir sıra ölkələrdə temperatur rekordlarını yeniləyib.

News24.az-ın məlumatına görə, Böyük Britaniyada havanın temperaturu 35,1 dərəcəyə çataraq may ayı üzrə tarixi rekord qırıb. İrlandiyada da may ayının ən yüksək temperaturu qeydə alınıb.

Fransada isə temperatur 36 dərəcəyə yüksəlib. Rəsmi məlumatlara görə, ekstremal istilər nəticəsində 7 nəfər həyatını itirib.

Meteoroloqlar yaxın günlərdə havanın mövsüm normasından yüksək qalacağını, daha sonra isə temperaturun tədricən enəcəyini bildirirlər.

Bununla yanaşı, Avstraliyanın bəzi bölgələrində güclü fırtına, dolu və daşqın təhlükəsi ilə bağlı xəbərdarlıq edilib.