Avropada sirli əməliyyat: Berlinə aparılan silahlar nə üçün idi?
Dünya
Almaniyada HƏMAS-ın terror hazırlığında şübhəli bilinən daha bir nəfər saxlanılıb.
News24.az xəbər verir ki, bu barədə “BILD” nəşri məlumat yayıb.
Bu gün səhər saatlarında Federal Cinayət Polisi əməkdaşları Livan əsilli Mahmud Z.-ni Danimarkadan Almaniyaya daxil olan qatarda saxlayıblar.
İstintaqın məlumatına əsasən, o, bu ilin avqust ayında Hessen əyalətində bir avtomat, səkkiz tapança və 600-dən çox patron əldə edib. Daha sonra həmin silahları Berlində digər şübhəli şəxsə – 1 oktyabrda saxlanılan Vael F.-yə təhvil verib.
Hüquq-mühafizə orqanları hesab edir ki, bu arsenal Almaniyada və digər Avropa ölkələrində İsrail və ya yəhudi obyektlərinə hücum hazırlığı üçün nəzərdə tutulub. Hazırda istintaq davam edir. Daha geniş terror şəbəkəsinin mövcudluğu istisna olunmur.