Avropanı bürüyən fırtına: "Klaudiya" 3 nəfərin həyatına son qoydu
Dünya
“Klaudia” qasırğası Avropada bir sıra fəsadlara yol açıb.
News24.az “Reuters”ə istinadla xəbər verir ki, təbii fəlakət Portuqaliyada 3 nəfər həyatına son qoyub, onlarla insan yaralanıb. Meteorologiya Xidməti “narıncı” xəbərdarlıq səviyyəsi elan edib.
Böyük Britaniyada isə daşqına səbəb olub, insanların təxliyəsinə başlanılıb. 49 daşqın xəbərdarlığı edilib.
“Klaudia” İspaniya və İrlandiyanın bəzi yerlərinə də çatıb.
Uels hökumətinin məlumatına görə, bəzi bölgələrdə daşqın olub, evlərə, nəqliyyat və enerji infrastrukturlarına ciddi ziyan dəyib.