"Avropanı xilas etdim" - Tramp

"Avropanı xilas etdim" - Tramp Dünya

Ötən gün ABŞ prezidenti Donald Tramp İranın nüvə silahına sahib olmasının qarşısının alınmasının yalnız ABŞ-nin deyil, Avropa ölkələrinin, o cümlədən Britaniyanın təhlükəsizliyinə xidmət etdiyini bildirib.

News24.az xəbər verir ki, Tramp bu barədə "GB News" telekanalına müsahibəsində danışıb.

ABŞ prezidenti qeyd edib ki, İranın nüvə silahı əldə etməsinin qarşısını almaqla Avropanı və Britaniyanı da mümkün təhlükədən qoruyub.

Onun sözlərinə görə, İranın nüvə silahına sahib olması halında bu silahların ABŞ-dən daha çox Avropaya qarşı istifadə edilməsi ehtimalı yüksək olardı.

“Çünki onun raket imkanları ABŞ-yə deyil, Avropaya çatmağa qadirdir”, – prezident əlavə edib.