Avropanın ən böyük iqtisadiyyatı durğunluqla üz-üzədir

Avropanın ən böyük iqtisadiyyatı durğunluqla üz-üzədir Dünya

“Süddeutsche Zeitung” yazır ki, Almaniyanın ÜDM-i aprel-iyun aylarında 0,1% azalıb. 

News24.az xəbər verir ki, əksər analitiklər isə iqtisadiyyatın artım mərhələsinə keçəcəyini gözləyiblər.

Dekabank-ın baş iqtisadçısı Ulrich Kater, "Bu, artıq quraqlıq dövrü deyil, bu, böyümənin xroniki zəifliyidir", - deyib.

Avropanın “lokomotivlərindən” birinin mənfi iqtisadi artımının bir neçə səbəbi var. Əsas amillərdən biri, analitiklərin fikrincə, biznesin investisiya etmək istəməməsidir. Belə ki, iyul ayında biznes güvən indeksi bir ay əvvəlki 47,5-dən 41,8-ə düşüb.

Almaniyada iqtisadi yavaşlamanın digər səbəbi istehlakçı davranışıdır. Almaniya sakinləri gündəlik həyatda xərcləmək və böyük alış-veriş etmək məsələsində hələ də kifayət qədər ehtiyatlıdırlar. Ekspertlər bildirirlər ki, bu, böhranın və yüksək inflyasiyanın nəticəsidir.


Məryəm İlhamqızı