Avropanın ən qədim bazarlarından biri yandı
Dünya
Parisdə tarixi bazar yanğın nəticəsində tamamilə məhv olub.
News24.az xəbər verir ki, bazar günündən bazar ertəsinə keçən gecə Fransanın paytaxtı Parisin 3-cü rayonunda yerləşən tarixi Enfan Rouge bazarında güclü yanğın baş verib.
Alov qısa müddətdə bütün bazarı əhatə edib. Yanğınsöndürənlər binanın tamamilə dağıldığını təsdiqləyiblər.
Yerli hakimiyyət orqanları yanğının nəzarət altına alındığını, lakin tarixi bazarın tamamilə məhv olduğunu açıqlayıb.