Avropaya gedənlərə xəbərdarlıq: Risklər artır
Dünya
Risklərin qiymətləndirilməsi ilə məşğul olan şirkətlərin hazırladığı yeni hesabatda Avropada ekstremal hava hadisələrinin artdığı və bunun səyahətlər üçün əlavə risklər yaratdığı bildirilib.
News24.az xəbər verir ki, hesabata görə, son illərdə güclü fırtınalar, daşqınlar və dağıdıcı küləklər Avropa və Aralıq dənizi regionunda daha tez-tez müşahidə olunur.
Mütəxəssislər Avropaya səyahət etməyi planlaşdıran şəxslərə hava şəraitini əvvəlcədən izləməyi, mümkün dəyişikliklərə hazır olmağı və rəsmi xəbərdarlıqları diqqətdə saxlamağı tövsiyə ediblər.