Avtobus körpüdən aşdı: 21 idmançı öldü
Dünya
Nigeriyanın Kano əyalətində avtobus körpüdən aşıb.
Axar.az xəbər verir ki, bu barədə "Deyli Post" məlumat yayıb.
Məlumata görə, qəza zamanı avtobusda 30 idmançı olub. Hadisə nəticəsində 21 idmançı həlak olub.
İdmançılar Oqun əyalətinin Abeokuta şəhərində başa çatmış idman festivalından qayıdırmışlar.