Avtomobil izdihama çırpıldı: yaralılar var – Bu ölkədə

Avtomobil izdihama çırpıldı: yaralılar var – Bu ölkədə Dünya

Kanadanın Kvebek əyalətində "Western de St-Tite" festivalında avtomobilin izdihama çırpılması nəticəsində altı nəfər xəsarət alıb.

News24.az "CTV News"a istinadən xəbər verir ki, hadisə səhər saatlarında Morisi regionunun Sen-Tit şəhərindəki Sen-Cozef bulvarında baş verib.

Əyalət polisi dəqiqləşdirib ki, xəsarət alanların hamısı xəstəxanaya çatdırılıb, bulvar isə nəqliyyatın hərəkəti üçün bağlanıb.

Qeyd olunub ki, avtomobilin sürücüsü hadisə yerindən qaçmağa cəhd edərkən saxlanılıb.

"Western de St-Tite" festivalı hər il sentyabr ayında Sen-Titdə 10 gün ərzində keçirilir. (Report)