Avtomobili oğurlayan şəxs piyada keçidində dəhşət yaşatdı

Avtomobili oğurlayan şəxs piyada keçidində dəhşət yaşatdı Dünya

Rusiyanın Tümen şəhərində bir nəfər oğurladığı avtomobillə piyada keçidində bir ailənin üç üzvünü vurub.

News24.az xəbər verir ki, Regional Dövlət Yol Polisi İdarəsinin məlumatına görə, hadisə axşam saatlarında Avtoremontnaya küçəsində baş verib. İlkin məlumata əsasən, 13 yaşlı oğlanı, eləcə də kişi və qadını "Mazda" markalı avtomobil vurub. Sürücü hadisədən sonra ərazidən qaçıb. Xəsarət alanlar xəstəxanaya yerləşdirilib.

Araşdırma zamanı məlum olub ki, sürücü avtomobili oğurlayıb. Belə ki, avtomobilin sahibi bir qrup şəxsin iştirak etdiyi mübahisəyə müdaxilə etmək üçün dayanıb. Bu zaman mübahisə iştirakçılarından biri "Mazda"ya minərək hadisə yerindən uzaqlaşıb və bir qədər sonra piyadaları vurub.

Hadisəni törətməkdə şübhəli bilinən şəxs sonradan polisə müraciət edib. Tibbi müayinənin nəticələrinə əsasən, onun sərxoş olmadığı müəyyənləşib.

Hazırda hadisənin digər təfərrüatları araşdırılır.