Avtomobilində partlayış baş verən jurnalist komadan ayıldı
Dünya
Ukraynanın keçmiş baş naziri Nikolay Azarovun sabiq müşaviri və jurnalist Sergey Zavorotnı avtomobilindəki partlayışda düşdüyü koma vəziyyətindən ayılıb.
News24.az-ın məlumatına görə, 72 yaşlı Zavorotnı süni tənəffüs aparatından ayrılıb. O, reanimasiya şöbəsindədir, huşu özündədir və yaddaşı bərpa olunub.
Bildirilib ki, vəziyyəti hələ də ağır olsa da, səhhətində müsbət dinamika müşahidə edilir. Həkimlər onun vəziyyətinin yaxşılığa doğru getdiyini düşünürlər.
Qeyd edək ki, noyabrın 13-də Moskvada Kirovoqrad küçəsində Zavorotnının idarə etdiyi Toyota Fortuner markalı avtomobildə partlayış baş verib. Hadisə zamanı jurnalist ağır xəsarətlər alıb və zərbə onu maşından yola atıb.
Qeyd edək ki, Zavarotnı əvvəllər Ukraynanın keçmiş baş naziri Nikolay Azarovun mətbuat katibi və müşaviri vəzifələrində çalışıb.