Avtomobillərin yuyulması qadağan edildi - Bu ölkədə
Dünya
İsveçrənin bir sıra bölgələrində isti hava və quraqlıq səbəbindən avtomobillərin yuyulması və qazonların suvarılması qadağan edilib.
News24.az xəbər verir ki, bu barədə yerli “Blick” qəzeti yazıb.
Belə məhdudiyyətlər 150-dən çox bələdiyyədə tətbiq olunub. Həmçinin su hövzələrindən və yanğın hidrantlarından su götürmək qadağan edilib.
Bir neçə gəmiçilik şirkəti reyslərini dayandırıb. Ölkədə bəzi çay və göllərdə suyun səviyyəsi tarixi minimuma düşüb. Güclü istilər səbəbindən balıqlar tələf olur, meşələr isə zərər görür. Sürix hava limanı yaxınlığındakı yaşıllıq ərazilər qurumuş sahələrə çevrilib.
Qeyd edək ki, kəskin istilər Avropanın digər ölkələrinə də ciddi ziyan vurmaqda davam edir.
Böyük Britaniya artıq 4,4 milyard funt sterlinq itki ilə üzləşib.