Axtarışda olan şəxsi polislər yorğanın altında tapdılar

Axtarışda olan şəxsi polislər yorğanın altında tapdılar Dünya

Türkiyənin Kütahya bölgəsində polis əməkdaşları Eskişəhər yolunda saxladıqları avtomobildə arxa oturacaqda yorğanın altında gizlənmiş şəxsi saxlayıblar.

News24.az xəbər verir ki, şəxsin Ümumi Məlumat Toplama sistemi üzrə yoxlanılması zamanı onun “cəzaçəkmə müəssisəsinə qadağan olunmuş əşya keçirmək” cinayətinə görə 7 il 6 ay müddətinə qəti həbs cəzasına məhkum edildiyi və bu səbəbdən axtarışda olduğu müəyyənləşib.

Şəxsin tutulması zamanı yerə atmağa çalışdığı müəyyən edilən 16 ədəd sintetik narkotik həb də polis tərəfindən aşkarlanaraq götürülüb.

Saxlanılan şübhəli istintaq və digər prosedurlar başa çatdıqdan sonra cəzaçəkmə müəssisəsinə göndərilib.