Ayı balıq tutan qadına hücum etdi

Ayı balıq tutan qadına hücum etdi Dünya


Buryatiya Respublikasının Severobaykalsk rayonunda qadın balıq ovunda ayının hücumu nəticəsində ölüb.

News24.az Lent.az-a istinadla xəbər verir ki, bu barədə “TASS“ məlumat yayıb.

“Ola bilsin ki, heyvan insanı təhlükə mənbəyi olaraq görüb və qadına xəsarət yetirib. Qadın aldığı xəsarətlərdən dünyasını dəyişib”, - məlumatda deyilir.