Ayı evə hücum edib kişini öldürdü, arvadını yaraladı
Dünya
Ulan-Batorda ayı insanların olduğu evə hücum edib.
News24.az xəbər verir ki, hadisə oktyabrın 8-nə keçən gecə Bayanzürx rayonunda baş verib.
Məlumata görə, vəhşi heyvan ər-arvadın olduğu mənzilə soxulub.
Hücum zamanı 40 yaşlı kişi aldığı xəsarətlərdən ölüb.
Üzündən cırılmış yaralar alan qadın xəstəxanaya yerləşdirilib, ona tibbi yardım göstərilib. Hücum anında evdə uşaqlar olmayıb.